OCAJP 7/8 #1

  1. Java faylın içində faylın adı ilə eyni olmayan non-public class-lar və interfeyslər ola bilər. Kompilyasiya zamanı .class fayllar faylın adı deyil, daxilindəki class adları ilə adlanacaq.
  2. Java faylın içində bir neçə class varsa, bunlardan yalnız 1-i public ola bilər. Həmçinin bu public class-ın adı faylın adı ilə eyni olmalıdır.
  3. Class-lar və interfeyslər private və ya protected ola bilməz.
  4. Interfeyslər implement edə bilməz, ancaq extend edə bilərlər. İnterfeys yalnız digər interfeysi və ya bir neçə interfeysi extend edə bilər.
  5. Metodlar class-ın halını (state ) təyin etmir. Bir neçə klassın metoduna varislik etmək bir neçə əcdaddan törəmək anlamına gəlir. Java-da yalnız bir class-ı əcdad kimi istifadə etmək olar. Ancaq bir neçə interfeysdən isə törəmək mümkündür.
    1. Methods do not have state. Ability to inherit instance methods from multiple classes is called multiple inheritance of implementation.
  6. İnterfeyslər, class-lar, enumlar tiplərdir. Java bir neçə interfeysdən törəməyə icazə verdiyi üçün deyilir ki, Java çoxlu tipdən törəməyə icazə verir.
    1. Interfaces, classes, and enums are all “types”. Java allows a class to implement multiple interfaces. In this way, Java supports multiple inheritance of types.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.